Azərbaycan atıcısı Almaniyada gümüş medal qazanıb
18 mart 2024 1087
Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirdə gümüş medal qazanıb.
O, qadınlar arasında pnevmatik tapançadan atəş üzrə yarışda buna nail olub.
X.Əliyeva 235.2 xalla toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.