Azərbaycan ağırlıqqaldıranı Bəhreyndə keçirilən dünya çempionatında iştirak edib
09 dekabr 2024 830
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kq) Bəhreynin paytaxtı Manama şəhərində keçirilən dünya çempionatında iştirak edib.
B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə ilə dördüncü olub.
Təkanla qaldırma hərəkətində 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də eyni pilləni tutub.
O, toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunu dördüncü yerdə başa vurub.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun sıralama A qrupunda yarışan idmançıların çıxışlarından sonra bəlli olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı