Azər Əsgərov: “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”
05 dekabr 2023 2322
“Cüdo Klub-2012” İctimai Birliyi hər zaman idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib”.
“Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.
O, belə bir layihənin həyata keçirilməsində iştirak etdiyinə görə təşkilatçılara minnətdar olduğunu deyib.
“Hesab edirəm ki, bu günkü tərəfdaşlıq müqaviləsi daha geniş imkanlara yol açacaq. Biz də öz növbəmizdə göstərilən etimada görə təşkilatçılara minnətdarlığımızı bildiririk. İdman Filmləri Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”.
Bənzər xəbərlər
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
İyunun 30-da Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə ... Ətraflı
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
“Biz istəyirik ki, "Olimpiya Günü"ndə bütün azərbaycanlı olimpiyaçıları yad edək ... Ətraflı