Ayxan Abbasov Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi təyin olunub
14 mart 2025 660
Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaların yeni baş məşqçilər təyin olunub.
AFFA-nın rəsmi saytına istinadən, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Azərbaycanın U-21 yığması Ayxan Abbasova tapşırılıb. O, bu postda Samir Əliyevi əvəzləyib. Mütəxəssislə müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Elxan Abdullayev U-19, İlham Yadullayev U-18 (2008-ci il təvəllüd), Aqil Nəbiyev isə U-17 (2009-cu il təvəllüd) yığmalarının sükanı arxasına keçiblər. Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı