Avstraliyalı snoubordçu məşq zamanı ağır zədə alıb
11 fevral 2026 - 14:23 560
Avstraliyalı snoubordçu Kem Bolton XXV Qış Olimpiya Oyunları ərəfəsində məşq zamanı ağır zədə alaraq xəstəxanaya yerləşdirilib.
ESPN-ə istinadən, idmançıya boyun onurğasının iki sınığı diaqnozu qoyulub.
Hadisə məşq yürüşü zamanı baş verib. Bazar ertəsi ağrılar hiss edən Bolton yalnız növbəti gün tibbi yardıma müraciət edib. Müayinə və rentgen nəticəsində sınıqlar aşkarlandıqdan sonra idmançı helikopterlə xəstəxanaya çatdırılıb.
35 yaşlı idmançı karyerasında dördüncü dəfə olimpiadada iştirak etməyə hazırlaşırdı. O, daha əvvəl 2014, 2018 və 2022-ci ildə təşkil olunan Qış Olimpiya Oyunlarına qatılıb. Kem Bolton snoubord-kross üzrə qarışıq yarışlarda 2025-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı