Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda
19 iyun 2026 - 19:55 138
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla 10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində “European Aquatics” (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.
Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakımızda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, baş tutmuş və gələcək layihələri müzakirə edəcəklər.
Bu tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkəmizin üzgüçülük və digər su idman növləri aləmində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı