Avropa Liqası: "Qarabağ" əsas mərhələdə ilk qələbəsini qazanıb
07 noyabr 2024 818
“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olub. “Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 22-ci dəqiqədə baxımlı qolla Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. "Qarabağ"ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.
Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. "Qarabağ" bundan əvvəl keçirdiyi oyunlarda İngiltərə “Tottenhem”i ilə Niderland “Ayaks”ına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı