Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularla görüş keçirilib
17 iyul 2025 - 15:27 647
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, görüşdə ACF-nin icraçı vitse-prezident Rəşad Rəsullu, qurumun prezidentinin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.
Federasiya rəsmiləri idmançılara olan etimadı ifadə edərək, qarşıdan gələn mötəbər turnirdə uğurlu çıxış gözlədiklərini bildiriblər. Cüdoçulara yarış öncəsi tövsiyələr verilib, onlara uğurlar arzulanıb.
Qeyd edək ki, EYOF çərçivəsində cüdo yarışları iyulun 22-dən 26-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. İdman festivalında Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı