Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar bəlli olub
18 iyul 2025 - 15:35 220
Türkiyənin İstanbul şəhərində 7-ci dəfə təşkil olunacaq Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunlara 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.
Parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kiloqram), Ayxan Nuruyev (58 kiloqram), Amin Əliyev (63 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmran Bağırov (70 kiloqram), Orxan Cəfərov (80 kiloqram) və Səmayə Həsənova (47 kiloqram), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kiloqram), Hüseyn İsmayılzadə (70 kiloqram) və Elnarə Nizamlı (60 kiloqram), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev qüvvəsini sınayacaq.
Oyunlar 33 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə iyulun 21-28-də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı