Avropa çempionu olmuş Azərbaycan akrobatı Lüksemburqda xüsusi mükafata layiq görülüb
21 aprel 2025 706
Azərbaycan akrobatı Ağasif Rəhimov Lüksemburqda keçirilmiş Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, Raziyə Seyidli ilə qarışıq cütlük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançıya “Shooting star” mükafatı təqdim olunub.
O, templə hərəkətlərin icrasında fərqlənib.
Qeyd edək ki, milli komanda yarışları 1-i qızıl, 4-ü gümüş, 3-ü bürünc olmaqla, 8 medalla başa vurub. Kişi cütlüyündə Murad Rəfiyev və Daniel Abbasov gümüş (çoxnövçülük, balans, temp hərəkətləri), Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu gümüş (temp) və bürünc (balans) medallara sahib çıxıblar. Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, Anahita Bəşiri ilə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qadın qrupları isə üçüncü yerləri tutublar.
Bununla Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qadın və kişi qrupu Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı