Avropa çempionu olan şəhid qızı atasının məzarını ziyarət edib
19 noyabr 2024 763
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində qızıl medal qazanan Azərbaycan taekvondoçusu Dərya Hüseynova doğulduğu Göygöl rayonunda coşqu ilə qarşılanıb.
O, daha sonra yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi olan atası Elbrus Hüseynovun məzarını ziyarət edib.
Bu gün ATF-nin qonağı olan 8 yaşlı taekvondoçu atasının istəyi ilə idmana gəldiyini və Avropa çempionatında qazandığı qələbəni atasına həsr etdiyini bildirib.
Qeyd edək ki, 24 kiloqramda mübarizə aparan Dərya Hüseynova Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı