Avropa çempionatının qalibləri mükafatlandırıldı
04 mart 2026 - 18:28 341
Xizək alpinizmi üzrə Avropa çempionatının ilk yarış gününün qalibləri mükafatlandırılıb.
Yarışlarda U-18 və U-20 kategoriyasında olan qızlar və oğlanlar, eləcə də böyüklər arasında sprint yarışların qalibləri təltif olunub. Yarışda beşinci yeri tutan Azərbaycan təmsilçisi Nurid Şəkərəliyev həvəsləndirici mükafatla təltif edilib. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda ümumilikdə 18 ölkədən 124 idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 5 idmançı ilə təmsil olunur. Yarışlara martın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı