Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları bəlli olub
14 iyul 2025 - 12:53 234
İspaniyanın Madrid şəhərində gənclər və 15 yaşadək yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib.
Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən, milli komanda turnirdə 21 idmançı ilə təmsil olunacaq.
Gənc qızların yarışında Aydan Rzayeva (48 kiloqram) və Aytən Əliyeva (77 kiloqram), oğlanların mübarizəsində Rəhman Mərdəliyev (56 kiloqram), Murad Həsənli, Canpolad Rəfiyev (hər ikisi 60 kiloqram), Yunis Bayramov, Kamran Xappayev (hər ikisi 65 kiloqram), Abdulhüseyn Hüseynov, Elman Kurdanov (hər ikisi 71 kiloqram), İsa Əliyev (79 kiloqram) və Aslan Əmiraslanov (88 kiloqram) qüvvələrini sınayacaqlar.
Yeniyetmə qızlar arasında Nuray Əbilova (53 kiloqram), Malikə Biçekuyeva (63 kiloqram), oğlanların yarışında isə Məhəmməd Rüstəmli (52 kiloqram), Musab Məmmədtağıyev (56 kiloqram), Feyzulla Rüstəmov (60 kiloqram), Kərəm Əliyev, Hikmət Məhərrəmov (hər ikisi 65 kiloqram), Lətif Əliyev (71 kiloqram), Ayxan Məmmədov (88 kiloqram) və Məhəmmədəli Məmmədzadə (88 kiloqram) bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, Avropa çempionatı iyulun 23-dən 30-dək təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı