Avropa çempionatı: Azərbaycanın bir boksçusu finala yüksəlib, digəri bürünc medal qazanıb
29 noyabr 2025 - 11:52 476
Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yarışın son qalibi Luis Runini (İrlandiya) məğlub edib.
Finala gedən yolda məğlub olan milli komandanın digər üzvü Tağı Nəsibov (60 kiloqram) isə yarışı bürünc medalla başa vurub.
Bu gün, həmçinin Səbuhi Əlizadə (+90 kiloqram) yarımfinalda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı