AVARÇƏKMƏ ÜZRƏ AÇIQ BAKI BİRİNCİLİYİ KEÇİRİLƏCƏK
21 iyun 2024 1203
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında 24 iyun tarixində avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək. Bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının qarşısında baş tutacaq yarışda paytaxtla yanaşı Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən mübarizə aparacaq. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində yarışacaq. Bakı birinciliyi bir gün davam edəcək.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasından yeni, perspektivli idmançılar seçmək, onları gələcəkdə milli komandanın heyətinə cəlb etməkdir.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı