Avarçəkənlərimizdən "Prezident Kuboku-2025" reqatasında daha iki medal
01 may 2025 743
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasında daha iki medal qazanıblar.
Olympic.az xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən günün ilk sessiyasında idmançılarımızdan Əlimurad Hacızadə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə gümüş medal qazanıb.
Komandamızın digər üzvü Mustafa Vəlizadə isə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə bürünc medala sahib olub.
Bu, hər iki idmançımızın "Prezident Kuboku-2025" beynəlxalq reqatasında qazandığı ikinci medalıdır.
Xatırladaq ki, ötən gün Suqovuşan su anbarında təşkil edilən ilk yarış günündə Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala layiq görülmüşdü. Növbəti bürünc medalı isə komandamızın aktivinə Amil Ramazanov yazdırmışdı.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
