Avarçəkənlər açıq Bakı çempionatında bir araya gələcəklər
21 avqust 2024 885
Avqustun 22-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında mübarizə aparacaqlar.
İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaqlar. Saat 11:00-dan etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı