Avarçəkənimiz "Prezident Kuboku-2024"ün ilk günündə bürünc medal qazandı
01 may 2024 1027
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasına start verilib.
Turnirin birinci günündə yarışlar tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda keçirilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunub.
İlk yarış günü Azərbaycan komandası üçün bir bürünc medalla yadda qalıb. Yeganə medalı komandamıza 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yarışlarda Amil Ramazanov qazandırıb.
Qaliblərə mükafatları Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını rəhbəri Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçiç təqdim edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqatada 20-dən çox ölkəni təmsil edən 30-a qədər komandanın heyətində 200-dən çox idmançı iştirak edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı





























