Avarçəkənimiz "Prezident Kuboku-2024" beynəlxalq reqatasında qızıl medal qazandı
02 may 2024 1131
Azərbaycan komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasında ilk qızıl medalını qazanıb.
Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirin ikinci günündə təmsilçimiz Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançıların birnəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışlarda qızıl medala layiq görülüb.
Bu, komandamızın beynəlxalq reqatada ikinci medalı olub.
Xatırladaq ki, Suqovusanda start götürən yarışın ilk günündə avarçəkənimiz Amil Ramazanov 2006-2007-ci illər təvəllüdlü birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda üçüncü yeri tutub.
Turnirdə mayın 3-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı