Atletika üzrə lisenziya xarakterli ölkə çempionatına start verilib
17 may 2024 1403
Azərbaycan Atletika Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yay ölkə çempionatı start götürüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yarışdan öncə açılış mərasimi olub.
Tədbir idmançıların paradı ilə başlayıb. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.
Çempionatda Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparır.
Yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, eləcə də 4x100 metr məsafəyə qarışıq estafet qaçışı daxildir.
Ölkə çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycan çempionatına mayın 18-də yekun vurulacaq.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı

