Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
30 iyul 2026 - 19:52 2597
Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə hazırlanan müstəqil Azərbaycanın Olimpiya Hərəkatında iştirakına və Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxıb.
"Atlanta Yay Olimpiya Oyunları-30 il" adlı bu kitab xüsusi olaraq Atlanta Yay Olimpiya Oyunlarına həsr olunub, kitabda geniş və təhlili məlumatlar verilib.
104 səhifədən ibarət olan nəşrdə Ümummilli lider Heydər Əliyevin Atlanta-1996 Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı imzaladığı Sərəncam, Olimpiadada iştirak edən nümayəndə heyətinin yolasalma, qarşılanma mərasimlərindəki çıxışları yer alıb.
"Atlanta Yay Olimpiya Oyunları-30 il" adlı kitabda XXVI Yay Olimpiya Oyunları ilə bağlı geniş məlumatlar öz əksini tapıb. Bu Olimpiadada ölkəmizi təmsil edən 23 atletin göstərdiyi nəticələr də kitabın əsas hissəsini təşkil edir.
Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə hazırlanan bu nəşrdə milli komandanın heyətində yer alan şəxslərin müsahibələri və xatirələri də geniş oxucu marağına səbəb olacaq. Atlanta-1996 Yay Olimpiya Oyunları zamanı ekskuliziv fotoların da bəziləri kitaba daxil edilib.
Müstəqil Azərbaycanın Olimpiya Hərəkatındakı ilk qızıl səhifəsi sayılan Atlanta Olimpiadasından bəhs edən bu nəşr şübəsiz ki, ölkəmizin idman tarixi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı