Astarada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan basketbol turniri keçirilib
28 aprel 2025 781
Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə cənub bölgəsində təşkil edilən silsilə idman tədbirləri çərçivəsində Astara rayonunda basketbol üzrə məktəblilər arasında turnir keçirilib.
Astara şəhərində təşkil olunan yarışda 5 məktəb komandası Olimpiya sistemi üzrə mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin qalibi meydan sahibləri olub. II yerə Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəbin komandası, III yerə isə Astara rayon Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbin komandası layiq görülüb.
Turnirin baş hakimi "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi", Astara şəhər 2 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Afət Əkbərov olub.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif ediliblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı