ASİNF “Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş təşkil edib
26 aprel 2026 - 17:30 41
Aprelin 27-dən mayın 1-dək Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası ərəfəsində Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) nümayəndələri Ağdərə sakinləri ilə görüş keçiriblər.
Bu barədə federasiyadan məlumat verilib.
Ağdərədə Həsənriz kəndində görüş zamanı bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında aprelin 27-də ilk dəfə Sərsəng su anbarında beynəlxalq idman tədbiri təşkil olunacaq. Tədbirin “Prezident Kuboku-2026” beynəlxalq reqatası çərçivəsində keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, saat 12:00-dan etibarən Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaqlar.
Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.
Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.
Bənzər xəbərlər
Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa ... Ətraflı
Dünya kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda yarımfinal mərhələsinin ... Ətraflı