ASİNF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakıda tədbir təşkil edib
02 iyun 2026 - 12:32 226
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Dədə Qorqud” parkında tədbir keçirilib. Ənənəvi ictimai tədbirdə paytaxt sakinlərinə su idman növləri haqda məlumat verilib. Həmçinin peşəkar məşqçilərin nəzarəti ilə “Dədə Qorqud” parkındakı göldə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Tədbir zamanı avarçəkmə qayıqlarında idmançıların nümunəvi çıxışları da baş tutub. Paytaxt sakinləri tərəfindən avarçəkmə idmanı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) uşaq və yeniyetmələrin su idman növlərinə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı