AŞF-nin İcraiyyə Komitəsinin iclası keçirildi
29 aprel 2025 616
Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Milli Xalça Muzeyində təşkil olunan iclasda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da iştirak edib.
İcraiyyə Komitəsinin iclasında çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqlara “Baku Open 2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. M.Məmmədov rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyasıyla əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığının vacibliyi qeyd olunub.
AŞF prezidenti ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çenə xatirə hədiyyəsi təqdim edib.
İcraiyyə Komitəsində AŞF-nin hesabat-seçki konfransıyla bağlı müzakirələr aparılıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı