Xəbərlər

AOK qarşıdan gələn seçkilərə namizədləri təsdiqləyib

04 yanvar 2025 812

Avropa Olimpiya Komitələri (AOK) fevralın 28-dən martın 1-dək Almaniyanın Frankfurt şəhərində 54-cü Baş Assambleyada keçiriləcək liderlik seçkiləri üçün qurumun prezident, vitse-prezident, baş katib, xəzinədar və 12 İcraiyyə Komitəsinə üzvlüyə namizədləri təsdiq olunub.

 

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər arasında gənclər və idman nazirinin müavini Mariana Vasileva da yer alır.

 

AOK-un rəhbər vəzifələrinə yunanlı Spiros Kapralos prezident, litvalı Dayna Qudzineviçyüte vitse-prezident və avstriyalı Peta Menel isə xəzinədar vəzifəsinə yeganə namizəddir. Təqaüdə çıxmağa hazırlaşan AOK baş katibi Rafael Paqnozzi 19 illik fəaliyyətdən sonra həmyerlisi İtaliya Milli Olimpiya Komitəsinin baş katibi Karlo Mornati AOK baş katibi olmaq üçün namizədliyini irəli sürüb və bu postda yeganə namizəddir.

 

Ümumilikdə 2029-cu ilə qədər AOK İcrayyə Komitəsinin üzvlüyünə 19 nəfər namizəddir. Bunlardan 9-u hazırda da üzvdür. Həmin namizədlər aşağdakılardır:

 

Hasan Arat (Türkiyə)

 

Juze Manuel Arauju (Portuqaliya)

 

Franyo Bobinats (Sloveniya)

 

Viktoria Kabesas (İspaniya)

 

Mihay Kovalyu (Rumıniya)

 

Daniel Dimevski (Şimali Makedoniya)

 

Jolt Dyulay (Macarıstan)

 

Mamuka Xabareli (Gürcüstan)

 

Liney Rut Haldorsdottir (İslandiya)

 

Danka Hrbekova-Bartekova (Slovakiya)

 

Zlatko Mateşa (Xorvatiya)

 

Anamari Felps (Böyük Britaniya)

 

Jan-Mişel Sev (Belçika)

 

Emma Terho (Finlandiya)

 

Aneke van Zanen-Niberx (Niderland)

 

Mariana Vasileva (Azərbaycan)

 

Kristina Vasilianov (Moldova)

 

Corce Vişatski (Serbiya)

 

Tomas Vaykat (Almaniya)

 

Qeyd edək ki, AOK 2021-ci ildə öz Konstitusiyasına dəyişiklik edərək seçilmiş 16 üzvdən ən azı beşinin hər cinsdən olmasını tələb etmişdir və beləliklə, təşkilati strukturunda gender bərabərliyini təşviq edir. Bütün namizədlərin adları 30 dekabr 2024-cü il tarixindən əvvəl təqdim edilmişdir.