Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarında 7-ci yeri tutub
06 avqust 2024 1194
Paris Yay Olimpiya Oyunlarında atletika yarışlarında ölkəmizi təmsil edən Anna Skidan final mərhələsində iştirak edib.
Çəkicatma növündə mübarizə aparan Skidan təsnifat mərhələsində 72.55 metr göstərici ilə 32 atlet arasında 6-cı yeri tutaraq həlledici mərhələyə yüksəlmişdi.
12 idmançının yer aldığı final mərhələsində atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirən ilk səkkizliyə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı



