Amil Ramazanov: "Gərgin məşqlərin sayəsində mükafatçılar sırasında yer aldım"
01 may 2024 813
"Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Gərgin məşqlərin sayəsində mükafatçılar sırasında yer aldım".
Bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının Suqovuşan mərhələsində 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda bürünc medal qazanan idmançımız Amil Ramazanov deyib.
Rəqiblərinin güclü olduğunu qeyd edən idmançımız buna baxmayaraq, mükafatçılar sırasında yer aldığına görə sevindiyini bildirib.
"Yarışda həqiqətən də güclü rəqiblər iştirak edirdi. Ola bilər ki, bir qədər təcrübəm və hazırlığım birinci yeri tutmağıma mane oldu. Amma inanıram ki, Mingəçevirdə davam edən yarışın növbəti günlərində də medalçılar sırasına düşə biləcəyəm", - deyə Amil Ramazanov bildirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı