Amerikalı atlet bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib
15 fevral 2025 551
Amerikalı atlet Qrant Fişer ABŞ-də bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib.
TASS-a istinadən, o, qapalı məkanda keçirilən turnirdə 5000 metr məsafəyə qaçış üzrə rekorda imza atıb.
İdmançı sözügedən məsafəni 12 dəqiqə 44,09 saniyəyə qət edib. Əvvəlki dünya rekordu efiopiyalı Kenenisa Bekeleyə məxsus idi. Sprinter 2004-cü ilin fevralında 5000 metr məsafəni 12 dəqiqə 49,60 saniyəyə qaçmışdı.
Qeyd edək ki, Q.Fişer ABŞ-də fevralın 9-da qapalı məkanda keçirilən turnirdə 3000 metr məsafəyə qaçış üzrə də dünya rekordu müəyyənləşdirmişdi.
İdmançı 2024-cü ildə keçirilən Paris Olimpiadasında 5000 və 10000 metr məsafələrə qaçış üzrə bürünc medal sahibidir.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı