Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib
10 fevral 2025 736
Amerikalı atlet Qrant Fişer ABŞ-də qapalı məkanda keçirilən turnirdə 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib.
Xarici KİV-ə istinadən, idmançı sözügedən məsafəni 7 dəqiqə 22 saniyəyə qət edib.
O, 2023-cü ilin fevralından efiopiyalı Lameça Girmaya məxsus olan 7 dəqiqə 23 saniyəlik rekordu qırıb.
Həmçinin ABŞ-də keçirilən yarışların nəticələrinə görə bir mil (1609 metr) məsafəyə qaçışda da rekord yenilənib. Bu rekordun sahibi isə amerikalı Yared Nuquze (3 dəqiqə 46 saniyə) olub. Bu məsafə üzrə əvvəlki rekord 2019-cu ilin martında efiopiyalı Yomif Kecelça tərəfindən müəyyən edilmişdi - 3 dəqiqə 47 saniyə.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı