AMADA-nın sifarişi ilə ötən il ölkədən kənarda 22 idmançıdan test götürülüb
01 fevral 2025 513
2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda 22 idmançımızdan test nümunəsi götürülüb.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1 idmançı antidopinq testindən keçib.
Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.
Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Belə ki, bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı