AMADA antidopinq mövzusunda maarifləndirici seminar keçib
09 dekabr 2024 794
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda “Təhsil” Respublika İdman Mərkəzinin uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi müəllimləri, direktorları, yeniyetmə və gənc idmançılar iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.
AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov antidopinq qaydaları, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər.
Qaydalara əsasən, idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı, məkan məlumatını təmin etməlidir.
İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda AMADA-nın əməkdaşı Q.Səfərova “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşəkkürnamə təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı