Alman üzgüçü 400 metr məsafə üzrə sərbəst üsulda dünya rekordu müəyyənləşdirib
13 aprel 2025 543
Almaniyadan olan Lukas Mertens İsveçin paytaxtı Stokholmda keçirilən turnirdə 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni dünya rekordu müəyyənləşdirib.
L.Mertens bu məsafəni 3 dəqiqə 39,96 saniyəyə qət edərək 2009-cu il dünya çempionatında həmyerlisi Pol Bidermanın nəticəsini (3 dəqiqə 40,07 saniyə) üstələyib.
Qeyd edək ki, 23 yaşlı Mertens 400 metr məsafəyə sərbəst üsulla üzmək üzrə Olimpiya çempionu və 2022-ci il Avropa çempionatının qalibidir. Onun dünya çempionatında bir gümüş və iki bürünc medalı var.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı