Alfonso Dominqes: Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir
28 iyul 2024 1315
Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir.
Bunu Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk qələbəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
1/8 finalda kubalı Xulio Sesar la Krusa qalib gələn idmançı sevincli olduğunu bildirib:
"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".
Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı







