AKAF MİNGƏÇEVİRDƏ TƏMİZLİK AKSİYASI HƏYATA KEÇİRİB
18 mart 2024 152
Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası Mingəçevirdə “Kür” Olimpiya Tədris-idman Mərkəzində təmizlik aksiyası təşkil edib. Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəstək xarakterli keçirilən aksiyada Azərbaycan Kanoe və Avarəkmə Federasiyasının idmançı-məşqçi heyəti, federasiya nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi, Mingəçevir şəhər icra hakimiyyəti, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etmək dir. Təmizlik aksiyası zamanı həm “Kür” OTİM-in ətrafı, həm də Kür çayında iməcilik keçirilib.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı