AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
24 yanvar 2025 814
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda Federasiya birinciliyi təşkil edəcək.
Daim yeniyetmə və gənclər arasında avarçəkmə idman növünün təbliğini, kütləviliyin təmin olunmasını ön planda tutan AKAF Federasiya birinciliyini 2 fevral – Azərbaycan Gəncləri Günündə keçirəcək. Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışda paytaxt Bakı və Mingəçevirdən olan 30 nəfərdən çox idmançı qatılacaq. Qalib idmançılar federasiya tərəfindən diplomla mükafatlandırılacaq. Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki hazırlıqlarının yoxlanılmasıdır.
Qeyd edək ki, konsept trenajorda avarçəkmə yarışları dünyada geniş yayılıb. Bu növdə Avropa və dünya çempionatları kimi böyük yarışlar keçirilir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı