Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
25 yanvar 2025 819
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov bu yarışda fərqlənən idmançıların gələcəkdə təşkil olunacaq beynəlxalq turnirlərə qatılmaq imkanı qazanacaqlarını bildirib. O, dövlətin hər zaman idmana qayğı göstərdiyini vurğulayıb.
Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında müstəsna xidmətləri olan Əməkdar məşqçi Vaqif Hüseynova AAF tərəfindən 80 illik yubileyi münasibətilə ilə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkə çempionatına yanvarın 26-da yekun vurulacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı