Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub
27 yanvar 2025 1017
Yanvarın 25-26-da ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə,Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunanyarışda mübarizəyə ilk olaraq qadın atletlər başlayıblar.İlk gündə Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədiomova (76 kq) Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq), Mələk Hüseynli (+87 kq) Azərbaycan çempionu adını qazanıblar.
Yarışın ikinci günündə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib. Səid Mahmudov (55 kq), Amin Osmanov (61 kq), Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Elxan Əliquluzadə (81 kq) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüb.
İdmançılara mükafatları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, AAF-ın İdarə Heyətinin üzvləri Maksim Cavadov və Fəxri Mehdiyev təqdim edib.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı