Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub
14 mart 2026 - 13:50 322
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın idmançıların mübarizə ilə başlayıb.
Turnirin açılış mərasimindən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov qurumun rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili turnirlərin önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.
İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova (53 kq) qalib olub. O iki hərəkətin cəmində 138 kq (60 kq + 78 kq) nəticə göstərib.
Türkanə Eminova (58 kq) 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub. Milena Hüseynli (63 kq) 98 kq (43 kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.
Qeyd edək ki, medallar uğrunda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı mübarizə aparır.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı