Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
17 mart 2025 722
Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən, Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 10 çəki dərəcəsi üzrə ən güclülərin adına aydınlıq gəlib.
15 yaşadək oğlanların mübarizəsində Ayxan Məmmədov (81 kq), Muhammədəli Məmmədzadə (89 kq), Rihad Nuriyev (96 kq), Nihad Süleymanov (110 kq) və Elmar Quluzadə (+102 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmələrin mübarizəsində İsa Əliyev (81), Allahverdi Qaragözov (89 kq), Aslan Əmiraslanov (96 kq), Sultan Sultanov (102 kq), Təyyar Dövlətov (+102 kq) bütün rəqiblərini üstələyib.
15 yaşadək qızların komanda yarışında “Göyəzən”, UGİM/LAGİİ və BAF müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub. Yeniyetmə qızların komanda yarışında “Göyəzən”, Sumqayıt İOEUGİŞM/“Təhsil” RİM və BAF müvafiq olaraq ilk üç pillədə qərarlaşıb.
15 yaşa qədər oğlanların komanda yarışında UGİM/QTRGİİ, UGİM/ LAGİİ və UGİŞM/”Təhsil” RİM müvafiq şəkildə birinci, ikinci və üçüncü yeri təmin edib. Yeniyetmə oğlanların yarışında isə UGİM/QTRGİİ, UGİM/DŞRGİİ və Zirvə İSC müvafiq olaraq ilk üç yerdə qərarlaşıb.
15 yaşa qədər qızlar arasında Malikə Biçekuyeva (“Bəhrə” İK, Samux), yeniyetmə qızlar arasında isə Aytən Əliyeva ("Göyəzən AAK", Qazax) ən yaxşı idmançı seçiliblər.
Komanda hesabında ilk 3 yeri tutan kollektivlərə və ən yaxşı idmançılara kuboklar təqdim edilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı