AGF ötən il idmançıların göstərdikləri nəticələrə əsasən reytinq siyahısı tərtib edib
18 yanvar 2025 824
Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il idmançıların göstərdikləri nəticələrə əsasən reytinq siyahısını açıqlayıb.
Siyahıya Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci olan bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.
İkinci yerdə akrobatika gimnastikasında çıxış edən cütlük - Ağasif Rəhimov və Raziyə Seyidli yer alıb. İlk "üçlüy"ü isə kişi idman gimnastikasında mübarizə aparan Nikita Simonov qapayır.
İlk "onluq"da yer alan idmançıları təqdim edirik:
1. Qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina (bədii gimnastika)
2. Ağasif Rəhimov və Raziyə Seyidli (akrobatika gimnastikası)
3. Nikita Simonov (kişi idman gimnastikası)
4. Şəms Ağahüseynova, Fidan Qurbanlı, İlahə Bahadirova, Gövhər İbrahimova (bədii gimnastika)
5. Daniel Abbasov və Murad Rəfiyev (akrobatika gimnastikası)
6. Selcan Mahsudova (batut gimnastikası)
7. Mədinə Mustafayeva və Vladimir Dolmatov (aerobika gimnastikası)
8. Kişi qrupu - Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov (akrobatika gimnastikası)
9. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov (tamblinq)
10. Nazənin Teymurova (qadın idman gimnastikası)
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı