AGF güləş məşqçiləri üçün ümumrespublika seminarı keçirəcək
05 noyabr 2024 781
Azərbaycan Güləş Federasiyası (AGF) ölkədə güləşin inkişafını sürətləndirmək və bu sahədə keyfiyyəti artırmaq məqsədilə güləş məşqçiləri üçün ümumrespublika seminarı keçirəcək.
Ötən il olduğu kimi, bu il də seminar ölkənin bütün bölgələrini əhatə edəcək.
Noyabrın 5-dən dekabrın 10-dək keçiriləcək seminar çərçivəsində milli komandalarda çalışan mütəxəssislər və hakimlər nəzəri və praktiki məşğələlərdə öz təcrübələrini məşqçilərlə bölüşəcək, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və sair mövzularda geniş məlumat verəcəklər.
Məqsəd ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir.
Qeyd edək ki, ilk belə tədbir sabah Naxçıvan şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı