8 AVQUST TARİXİNDƏ DÖRD İDMANÇIMIZ PARİS-2024 YAY OLİMPİYA OYUNLARINDA MÜBARİZƏ APARACAQ
08 avqust 2024 1601
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
8 avqust tarixində Azərbaycan komandasının iki idman növü üzrə dörd təmsilçisi mübarizə aparacaq.
Yarışlara ilk olaraq bədii gimnastımız Zöhrə Agamirova başlayacaq. Fərdi çoxnövçülük üzrə yarışlarda çıxış edəcək gimnastımız Bakı vaxtı ilə saat 12:00-dan etibarən təsnifat mərhələsində mübarizə aparacaq.
Təmsilçilərimizdən Həsrət Cəfərov (67 kq) yunan-Roma güləşi üzrə keçirilən yarışların son günündə bürünc medal uğrunda görüşə çıxacaq. Üçüncü yer uğrunda görüşlər Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Sabah həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına da start veriləcək.
İlk yarış günündə iki idmançımız Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) xalça üzərinə çıxacaq.
Pəhləvanlarımızdan Əliabbas Rzazadə ilk mərhələdə özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşacaq. Osman Nurmaqomedovun isə ilk rəqibi monqolustanlı Baasanyarqal Byambasuren olacaq. Hər iki təmsilçimiz mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı