4000-ə yaxın şəxs Olimpiya Oyunlarına buraxılmayacaq
18 iyul 2024 1222
Fransanın hüquq-mühafizə orqanları Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində 870 min inzibati araşdırma aparıb. Bunun da nəticəsində 4000-ə yaxın şəxsin Olimpiya Oyunları tədbirlərinə girişi məhdudlaşdırılıb.
“olympic.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlayıb.
Nazirin sözlərinə görə, onlar arasında əsas olaraq “fiche S” siyahısında olan (təhlükəsizliyə təhdid doğuran şəxslər – red.) 131 nəfər, 18 radikal islamçı, 167 ultrasolçu və 80 ultrasağçı aktivistlər var.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı