3x3 qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
12 aprel 2024 1379
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayıb.
Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın ilk rəqibi Çili seçməsi olub. Görüş komandamızın 17:14 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmanın heyətində Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker yer alırlar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı