3x3 basketbol üzrə Azərbaycan milliləri Avropa Kubokunda mübarizəyə başlayır
07 iyun 2025 607
3x3 basketbol üzrə Azərbaycan milli komandaları Kosovonun paytaxtı Priştina təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində bu gün mübarizəyə start verəcəklər.
Kişilərdən ibarət kollektiv B qrupunda iki oyun keçirəcək. Yığma Bakı vaxtı ilə saat 21:45-də Malta ilə, 23:35-də meydan sahibləri ilə üz-üzə gələcək.
Qadınlardan ibarət komanda isə B qrupunda Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qarşılaşma saat 23:10-da başlayacaq.
Qeyd edək ki, yalnız təsnifat mərhələsinin qalibləri 5-7 sentyabr aralığında Danimarkada baş tutacaq Avropa Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Bənzər xəbərlər
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
İyunun 9-da Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödənişlər üzrə ... Ətraflı
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı