3x3 basketbol millimiz VI İslam Həmrəyliyi Oyunlarının qalibi oldu
19 noyabr 2025 - 20:14 712
Qadınlardan ibarət 3x3 basketbol millimiz Səudiyyə Ərəbistanının VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Olympic.az xəbər verir ki, komandamız həlledici mərhələdə Türkiyə yığmasına qalib 21:13 hesabı ilə qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, qrup mərhələsini üç qələbə ilə lider kimi başa vuran millimiz yarımfinalda Misir seçməsinə - 22:15 hesabı ilə qalib gəlmişdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə 3x3 basketbol yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı








