2034-cü ildə dünya çempionatının finalının keçiriləcəyi stadion bəlli olub
30 noyabr 2024 566
2034-cü ildə futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion bəlli olub.
FIFA-nin rəsmi saytına istinadən, həlledici qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda inşa olunacaq Kral Salman Stadionunda təşkil olunacaq.
2025-ci ildən inşasına başlanacaq və 92 mindən çox tamaşaçı tutumuna malik olacaq arena həmçinin mundialın açılış oyununu qəbul edəcək. Matçlar ümumilikdə 5 şəhərin 15 stadionunda reallaşacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət ünvanlayaraq namizədliyini irəli sürüb. Avstraliya və İndoneziya isə FIFA-ya rəsmi müraciət ünvanlasalar da, namizədliklərini verməkdən imtina ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı