2027-ci ildə IV Avropa Oyunları Türkiyədə keçiriləcək
28 noyabr 2025 - 18:51 718
Türkiyə 2027-ci ildə IV Avropa Oyunlarına ev sahibliyi edəcək.
Olympic.az xəbər verir ki, bu barədə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak məlumat yayıb.
Bildirilib ki, 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunları üçün Avropa Olimpiya Komitələri ilə Gənclər və İdman Nazirliyi arasında ev sahibi ölkə sazişi imzalanıb.
Qeyd edək ki, martın 1-də Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında Avropa Olimpiya Komitələri (AOK), İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) 2027-ci ildə Türkiyənin ən böyük şəhərində Avropanın əsas idman tədbirinin keçirilməsini rəsmi olaraq təsdiq edən saziş imzalanmışdır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı