2024-cü ilin idman səfirləri müəyyənləşib
04 mart 2024 159
Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən toplantıda 2024-cü il üçün "İdman səfirləri” seçilib.
Əvvəlcə namizədlərin təqdimatı olub. Hər bir namizəd özü və seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçilib.
Bunlar taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, keçmiş cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucovdur.
Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı